“PAŞA Bank” “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirib
Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” tərəfindən 5 mart tarixində ölkəmizin paytaxtında “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirilib. Tədbirin tərəfdaşı qismində “Women in Tech” təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı nümayəndəlikləri çıxış edib.
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda dəvət edilmiş Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, BMT İnkişaf Proqramının (BMT İP) və BMT Qlobal Sazişinin Azərbaycandakı nümayəndəliklərinin, Dünya Bankının, “PAŞA Bank”ın və başqa qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin qorunması, lider qadınların ölkəmizin dayanıqlı inkişafında rolu və bu istiqamətdə onların dəyərli töhfələrini geniş müzakirə ediblər. Tədbirdə çıxış edən beynəlxalq və yerli məruzəçilər, panel müzakirələrinin iştirakçıları Azərbaycanın və digər ölkələrin iqtisadiyyatında qadınların mövqeyi, regionda və dünyada yeni çağırışlar fonunda onların cəmiyyətin mənafeyini gücləndirən töhfələrinə dəstək mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
“PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev konfransın açılış mərasimində çıxış edərək, təmsil etdiyi qurumun biznesdə gender bərabərliyi məsələsinə böyük diqqət ayırdığını bildirib.
“Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, “PAŞA Bank”ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır”, - deyə, B. Nağıyev vurğulayıb.
Öz növbəsində, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo qeyd edib ki, 2011-ci ildən etibarən, müxtəlif donor təşkilatlar tərəfindən maliyyələşdirilən fərqli layihələr çərçivəsində, BMT İP hökumət strukturları ilə sıx əməkdaşlıq edərək 2500-dən çox qadına dəstək olub.
“Biz qadınların bilik və bacarıqlara yiyələnməsi üçün çoxsaylı fürsətlər təmin etmişik. BMT İP yeni bizneslərin qurulmasına dəstək olmuş, qadınların Azərbaycanda sosial və iqtisadi imkanlarının artırılmasına əhəmiyyətli töhfə vermişdir”, - deyə, Rokkasalvo bildirib.
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb. Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 d. əvvəl
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
Martın 7-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb





















