Ağdam Sənaye Parkında süd zavodunun tikintisinə mayda başlanılacaq
Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcəkİqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin may ayından zavodun tikinti işlərinə başlamağı planlaşdırır.
Bunu “Ağdam süd” MMC-nin təsisçisi Hafiz Tapdıqov deyib.
Onun sözlərinə görə, tikinti işlərinin ən azı 60 faizinin bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Tikinti işlərinin aparılması üçün Ağdam Sənaye Parkında istehsal olunan inşaat materiallarından istifadə etmək nəzərdə tutulur. Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək. Müəssisədə minimum 40 daimi iş yeri yaradılacaq.
H.Tapdıqov qeyd edib ki, ilkin mərhələdə müəssisənin istehsal gücü 5-10 ton olacaq. Lakin hədəf müəssisənin istehsal gücünün 50 tona çatdırılmasıdır.
© “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























