BP-nin vitse-prezidenti: “Azərbaycanda yeni qaz ehtiyatları barədə əldə edilən məlumatlar ümidverici görünür”
“Cənub Qaz Dəhlizi” (SGC) və “Şahdəniz” kimi layihələr sabit enerji mənbəyinin - təbii qazın tədarükünün təmin olunmasına kömək etməklə həm regiona, həm də Avropaya fayda gətirir.
Bunu BP-nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse-prezidenti Katerina Papaleksandri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında deyib.
Onun sözlərinə görə, bu gün neft və qaz qlobal enerji tələbatının təxminən 55 %-ni təmin edir, dünyada hər il 4 000 milyard kubmetrdən çox təbii qaz istehlak olunur: “Bu enerji sayəsində insanlarda elektirik enerjisi təminatı ilə bağlı problemlər yaranmır, rahatlıqla hərəkət edə bilərlər və evlərinin temperaturunu istədikləri kimi tənzimləyə bilərlər. SGC və “Şahdəniz” kimi layihələrin əsas mahiyyəti budur ki, regiona, eləcə də Avropaya fayda verirlər və ehtiyac duyulan ölkələrə təbii qazın tədarükünü həyata keçirməklə enerji təhlükəsizliyinin təmin olunmasına kömək edirlər”.
K.Papaleksandri bildirib ki, “Şahdəniz” yatağından qaz hasilatının artması ilə eyni vaxtda BP Xəzər dənizində ehtiyatların kəşfiyyatını davam etdirir, o cümlədən, hazırda dərinliyi təxminən 7 000 metr olan “Şahdəniz” yatağının şərq cinahındakı "SDX-8" kəşfiyyat quyusunun qazılması üzrə məlumatlar təhlil edilir: “Eyni zamanda, biz “Şahdəniz” xaricində potensial yeni təbii qaz mənbələrini araşdırırıq. Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft yataqlarının altındakı dərin qaz laylarının kəşfiyyatı üçün qiymətləndirmə quyusu qazılıb. Quyudan əldə etdiyimiz məlumatlar ümidverici görünür".
O xatırladıb ki, bu ilin ikinci yarısında “Qərbi Çıraq” platformasından ilk hasilat quyusunun qazılması planlaşdırılır: "Əgər uğurlu alınarsa, biz gələn ilin əvvəlində AÇG yataqlar blokunda dərin laylardan ilk təbii qazın hasilatına başlanılacaq”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























