BP-nin vitse-prezidenti Bakıda səfərdədir
BP-nin strategiya, davamlılıq və müəssisələr üzrə vitse-prezidenti Culia Kerkia bu gündən başlayaraq Bakıda 3-günlük planlaşdırılmış işgüzar səfərdədir.
“BP-Azerbaijan”dan verilən məlumata görə, səfər zamanı C. Kerkia şirkətin regiondakı işçi heyəti ilə görüşəcək, həmçinin BP-nin regional rəhbərliyi ilə şirkətin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyəti, əməyin təhlükəsizliyi, iş icrası, strategiya və enerji keçidi ilə bağlı məsələləri müzakirə edəcək.
C. Kerkia həmçinin BP-nin əməliyyatçısı olduğu və 2020-ci ildən başlayaraq Avropa bazarlarını təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edən “Şahdəniz Bravo” platformasına səfər edəcək.
Səfər proqramı çərçivəsində C. Kerkia Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüşəcək. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və şirkətin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
10 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























