"Legion Financial”ın səhmlərinin yerləşdirilməsi yekunlaşıb
26 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Legion Financial” ASC-nin AZ1001025464 dövlət qeydiyyat nömrəli 95 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 100 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 000 manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 95 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC olub.
Səhmlərin yerləşdirilməsilə, "Legion Financial" şirkətinin nizamnamə kapitalı 1,4 milyon manatdan 1 milyon 494 min manata yüksəlib (xərclər xaric xalis artım 94 min 295.5 manat olub).
"Legion Financial" maliyyə lizinqi bazarında rəqabət aparır. Maliyyə lizinqi xidmətində əmlakın uzunmüddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur.
Yerləşdirmədən öncə "Legion Financial" ASC-nin səhmdarları İsmayılov Turan Mübariz oğlu (57.91 %), Süleymanlı Rahim Rəhman oğlu (24.94%), Soltanov Rövşən Rafiq oğlu (11.14%) və Məmmədov Böyükağa Mirkamal oğlu (5.77%) olub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
40 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























