Azərbaycan beynəlxalq bazarlara kütləvi şəkildə xalça çıxaracaq
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin oktyabr ayından fəaliyyətə başlayan ilk Füzuli filialında indiyədək 100-ə yaxın müxtəlif ölçülü xalçalar toxunub.
Bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.
V.Muradov qeyd edib ki, bu xalçalar beynəlxalq satış-sərgilərə çıxarılıb.
Onun sözlərinə görə, 2017-ci ilin yanvarında Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış-sərgisində xalçalarımız izləyicilərin, xalça mütəxəsisslərinin rəğbətini qazanıb.
V.Muradov bildirib ki, toxuduğumuz xalçalara dünyanın bir çox ölkələrinin, o cümlədən Avropa və Amerika ölkələrinin marağı böyükdür: "Mütəmadi şəkildə tədbirlərdə, sərgilərdə, simpoziumlarda, konfranslarda iştirak edirik. Hər dəfə də əmin oluruq ki, dünyanın Azərbaycan xalçasına marağı azalmayıb. Əksinə, daha da çoxalıb, Azərbaycan xalçası həmişə və hər yerdə dəbdədir. Hər xarici səfər, hər yeni sərgi bizim fəaliyyətimizə diqqəti daha da gücləndirir. Avropa, Amerika ölkələri ilə yanaşı, hətta xalça istehsalçısı olan ölkələrin belə Azərbaycan xalçasına marağı var. Londonda nəşr olunan beynəlxalq "Halı" jurnalı mütəmadi olaraq “Azərxalça” ASC-nin fəaliyyətini işıqlandırır".
O qeyd edib ki, indi “Azərxalça” Azərbaycan xalçasının dünya bazarındakı yerini bərpa edir: "Bu ilin sonuna qədər “Azərxalça”nın Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ filialları işə başlayacaq. Ümumilikdə isə respublika üzrə Cəmiyyətin 30 filialının fəaliyyət göstərməsi və bununla da 5000-ə yaxın işçinin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Filiallarımızın sayı artdıqca, təbii ki, xalçalarımızın da sayı çoxalacaq. Bununla da biz, Azərbaycan xalçasını kütləvi şəkildə beynəlxalq bazarlara çıxara biləcəyik. “Azərxalça” dövlət müəssisəsi olaraq bu fəaliyyəti öz üzərinə götürüb. İmkanlarımız bu sahənin uğurlu gələcəyini proqnozlaşdırır. Hesablamalara görə, yaxın gələcəkdə Azərbaycan xalçaçılığı qeyri-neft sektorunun ən çox gəlir gətirən sahələrdən birinə çevriləcək".
V.Muradov vurğulayıb ki, xalçalar tamamilə əl əməyi sayəsində hazırlanır: "Xalçaların özəlliyi ondan ibarətdir ki, yunundan, rəngindən, naxışından, bədii kompozisiyasından tutmuş ən xırda detallarınadək o, əsl Azərbaycan məhsuludur. “Azərxalça”nın da məqsədi Azərbaycanın tarixi keçmişini, etnoqrafiyasını, mədəniyyətini nümayiş etdirən Azərbaycan məhsulunu dünyaya çıxarmaqdır".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)








