Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar
(®) Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədi ilə görüşlər keçiriblər.
Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezident Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, “Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, “Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, “Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşlər keçiriblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. Qırmızı Ürəklər Fondunun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə Respublikası daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlər tərəfindən göstərilən dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















