Azərbaycanın qablaşdırma məhsulları müəssisəsində yeni istehsal xətti işə salındı - 7 MİLYON SƏRMAYƏ
Yeni xətdə qida sektoru üçün bir çox qablaşdırma məhsulları istehsal olunacaq.Bu gün "ATA PACK" MMC-nin istehsal sahəsində yeni qablaşdırma məhsulları istehsalı xəttinin açılışı olub.
Açılış mərasimində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısının müavini Elşən Həsənli, "MÜSİAD Azərbaycan"ın sədri Rəşad Cabirli, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət baş müşaviri Ahmet Erdal və "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov iştirak ediblər.
"ATA PACK" MMC-nin təsisçisi və baş direktoru Nicat Hüseynov tərəfindən zavoda 7 milyon manat investisya qoyulub. Yatırılan sərmayə ilə qurulan yeni xətdə qida sektoru üçün bir çox qablaşdırma məhsulları istehsal olunacaq.
"ATA PACK" MMC-nin istehsal müəssisəsi Balaxanı Sanaye Parkında 6250 kv.m sahədə yerləşir. Hazırda zavodun 70 nəfər işçi heyəti çalışır. Zavod Azərbaycanda ilk dəfə plastik şüşələrin üzərində istifadə olunan etiketlərin istehsalına başlayıb.
2023-cü ildə yeni istehsal xəttinə investisiya qoyulub. İcra olunmuş investisiya məbləği 7 milyon manat, planlaşdırılan investisiya məbləği isə 8 milyon manatdır.
Əlaqə telefonu: 055 204 99 77
İnstagram:atapack.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























