Putin: “Rusiya və Ukrayna gec-tez razılığa gələcəklər”
Ukraynada müharibənin ikinci ildönümünə təsadüf edən müsahibəsində Putin, Rusiya və Ukraynanın “gec-tez” razılığa gələcəyini bildirib və həmçinin danışıqlara gedən yolun açıq olduğuna işarə edib.Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində bildirib ki, Ukraynada davam edən müharibədə Rusiyanı məğlub etmək mümkün deyil.
Marja.az xəbər verir ki, Vladimir Putin, Moskvada Karlsona verdiyi müsahibəsində, ABŞ, Avropa İttifaqı və NATO-ya səslənərək bildirib ki, "onlar başa düşməlidirlər ki, Qərbin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməsi mümkün deyil”.
"İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı hay-küylər, qışqırıqlar eşidilirdi. Amma indi deyəsən, başa düşməyə başlayıblar ki, buna nail olmaq mümkünsə, çox çətindir. Məncə, mümkün deyil”, - Rusiya lideri bildirib.
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədə haqlı olduğunu tarixi əsaslarla uzun-uzadı izah edib, Vaşinqton administrasiyasına, “Əgər həqiqətən müharibəni dayandırmaq istəyirsənsə, silah tədarükünü dayandırmalısan” deyə səslənib.
Putin, Ukraynada müharibənin ikinci ilinə təsadüf edən müsahibəsində, Rusiya və Ukraynanın “gec-tez” razılığa gələcəyini bildirib və həmçinin danışıqlara gedən yolun açıq olduğuna işarə edib.
Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında İstanbulda aparılan sülh danışıqlarına dəfələrlə toxunan Putin, İstanbul danışıqlarında razılaşdırılan qərarların həyata keçirildiyi təqdirdə müharibənin artıq bitmiş ola biləcəyini deyib. Putin, Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın bundan çəkinməsi səbəbindən Ukraynanın geri addım atdığını iddia edib.
Putin NATO-nun genişlənmə səylərindən narahat olduğunu bildirib.
İki saatdan çox davam edən müsahibəsində Rusiya lideri Vladimir Putin 1990-cı illərin əvvəlindən NATO-nun genişlənmə səyləri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib.
NATO-nun genişlənməsinə ehtiyac olmadığını qeyd edən Putin, "NATO genişlənərsə, hər şey Soyuq Müharibə dövründəki kimi olacaq, yalnız Rusiya sərhədlərinə yaxınlaşacaq. Hamısı bu qədər" deyib.
ABŞ-ın bu mövzuda verdiyi sözə əməl etmədiyini deyən Vladimir Putin, “Siz NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair söz vermişdiniz?!” deyib.
Karlsonun sualına cavab olaraq Putin bəyan edib ki, Moskvanın Rusiyanın regiondakı digər NATO-ya üzv ölkələrinə (Polşa və Latviya) və ya ümumilikdə Avropa qitəsinə müdaxiləsindən söhbət gedə bilməz, ölkəsinin torpaq iddiası yoxdur.
Putin ABŞ-ın Ukraynaya silah dəstəyinə görə ABŞ prezidenti Co Baydenlə danışacaq heç bir şeyinin olmadığını bildirib və noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezidentin seçilməsinin “rəftarı dəyişməyəcəyini” izah edib.
Rusiya lideri qlobal güc balansının dəyişməsi ilə əlaqədar beynəlxalq hüququn dəyişməsinin zəruriliyinə də toxunub.
Bəzi Avropa və ABŞ mediasında Taker Karlsonun müsahibəsi ilə bağlı tənqidlər səslənib, amerikalı jurnalist Putinin təbliğatını aparmaqda günahlandırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























