STP Şirkətlər Qrupunda istehsalat həcmi artıb
STP Şirkətlər Qrupuna daxil ASSAN STP Panel şirkətində 2022-ci il ilə müqayisədə məhsullarının satış həcmi 1.8 dəfə, istehsalat həcmi isə 1.9 dəfə artıb.
Həmçinin ASSAN STP Panel şirkətində polikarbonat lövhələrinin istehsal sahəsi genişləndirilib. Əsasən xarici bazarlara satışı həyata keçirilən bu məhsul sendviç panellərə, həmçinin istənilən dam və divar örtüklərinə asan quraşdırılaraq təchiz olunan məkanı günəş şüaları ilə işıqlandırılmasına xidmət edir. Yüksək məhsuldarlığa malik bu məhsul uzunmüddətli və dayanıqlı işıq ötürmə gücü ilə enerji sərfiyatını minimuma endirir. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə STP Şirkətlər Qrupu #yashilplanet şüarı altında ətraf mühitin qorunmasına çağırış edir.
Qeyd edək ki, 2014-сu ildən fəaliyyət göstərən ASSAN STP Panel şirkətində sendviç panel, alüminium kompozit lövhə, metal profilli dam örtükləri, metal-kirəmit, asma tavan, tor panellərin istehsalı eləcədə alüminium və metal lövhələrdən aksesuarların hazırlanması, penoplastların doğranılması , mişarların itilənməsi xidmətləri həyata keçirilir.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat sonra
-
3 d. əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 16 d. əvvəl
-
24 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 46 d. əvvəl
-
54 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 15-də gözlənilən hava şəraiti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Ən çox oxunanlar
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!






.jpg)





.jpg)







