"IMA Energy" şirkəti təşkilati-hüquqi formasını dəyişir
Elektrik layihələndirmə, tikinti və quraşdırma fəaliyyətlərilə məşğul olan "IMA Energy" QSC təşkilati-hüquqi formasını MMC-yə dəyişir.
Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, “İMA-ENERGY” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağında səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edilib.
“İMA-ENERGY” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir:
1. emitentin tam adı, taşkilati-hüquqi forması və olduğu yer - “İMA-ENERGY” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1601005511), AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20;
2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi –18.01.2024-cü il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən;
3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi - AZ1001021794;
4. qiymətli kağızların növü və forması – sənədsiz, adi, adlı səhm;
5. qiymətli kağızların nominal dəyəri - 1,00 (bir) manat;
6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 5000 (beş min) ədəd;
7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi – bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində;
8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) - sənədsiz adi adlı səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir.
2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
8 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
25 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır





























