Venesiyada ayaqbasdı ödənişi 5 avro olaraq müəyyən edilib
Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində gündəlik turist axınına nəzarət etmək üçün şəhərə gələn turistlərdən bir günlük giriş haqqının alıınması üçün portal istifadəyə verilib. Yanvarın 16-dan etibarən rezervasiya həyata keçirmək mümkündür. Giriş haqqı 5 avro olaraq müəyyən edilib. Giriş haqqının ödənilmədiyi müəyyən olunarsa, 50-300 avro arasında inzibati cərimə tətbiq olunacaq.
Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi "gündəlik ziyarətçilərdən giriş haqqının tutulması" ilə bağlı qərarının icrası üçün növbəi addım atılıb. Qərar şəhərdə turist sıxlığına nəzarət etmək üçün qəbul edilib.
Marja.az İtaliya mətbuatında yer alan xəbələrə istinadən xəbər verir ki, Venesiyaya bir günlük ziyarət üçün gələn turistlərin şəhərə 5 avroluq giriş haqqını əvvəlcədən ödəmələrinə və rezervasiya etmələrinə imkan verən rəqəmsal internet portalı istifadəyə verilib.
Belə ki, bu il yaz-yay aylarında şəhərə bir günlük səfər etməyi planlaşdıran turistlər, əgər səfərləri bələdiyyə tərəfindən “məşğul günlər” kimi müəyyən edilən 29 fərqli gündən birinə düşərsə, giriş haqqını ödəyərək rezervasiya edə bilərlər. Portal "Contributo di Accesso a Venezia" (Venesiyaya giriş haqqı) adlanır.
50-300 AVRO CƏRİMƏ
Bu əməliyyat müqabilində gündəlik ziyarətçilərin smartfonlarına keçid sənədi olan QR kodu göndəriləcək və bu QR kodun şəhərdə təsadüfi yoxlamalar zamanı göstərilməsi lazım gələcək. Giriş haqqını ödəməyənlər yerli hakimiyyət orqanları tərəfindən aşkar edilərsə, giriş pulundan əlavə 50-300 avro arasında inzibati cərimə də ödəməli olacaqlar.
Venesiya Bələdiyyəsinin hüdudları daxilindəki otellərdə qalanlar, Venesiyanın yerləşdiyi Veneto bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər, səyahət edən orta məktəb şagirdləri, təhlükəsizlik qüvvələri yanğınsöndürmə briqadaları isə giriş haqqını ödəməkdən azaddırlar.
Şəhər Şurasının qərarı ilə bu il məşğul olacağı gözlənilən və bəzi bayram günlərini də əhatə edən fərqli 29 gün ərzində ödənişli giriş sınaqdan keçiriləcək. Bu çərçivədə giriş ödənişi ilk dəfə 25-30 aprel tarixləri arasında tətbiq olunacaq.
Bildirilir ki, giriş ödənişi tətbiq edilməsində məqsəd müəyyən dövrlərdə sıxlığın qarşısını almaqdır.
Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında giriş rüsumunun tətbiqinə dair qərarını dəstəkləyənlər olsa da, bu qərara qarşı çıxanlar çox olub.
Kanalları ilə məşhur olan Venesiya hər il milyonlarla turisti qəbul edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
