"Expressbank" ötən ili 12 milyon manatdan çox xalis mənfəət ilə başa vurub
"Expressbank" ASC 2023-cü ili 12 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 12 milyon 409 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin cüzi azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırılan vəsait ilə əlaqədardır. Ötən il Bankın əməliyyat mənfəəti 2 milyon 559 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 76 milyon 631 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 58 milyon 87 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 543 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 657 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb və 3 milyon 871 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri 66 milyon 697 min manat, cəmi əməliyyat xərcləri 50 milyon 712 min manat, əməliyyat mənfəəti 15 milyon 985 min manat təşkil etmişdi. Eyni zamanda, eyhiyatdan qayıdan 605 min manat mənfəətə əlavə edilmişdi. Bank 16 milyon 590 min manat mənfəətindən 4 milyon 181 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Expressbank"ın cəmi gəlirləri 9 miylon 934 min manat, cəmi xərcləri 7 milyon 375 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 2 milyon 559 min manat daha çox olub.
ÖTƏN İL AKTİVLƏRİ 123 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən il "Expressbank"ın cəmi aktivləri 123 milyon 272 min manat və ya 28,2% artaraq 31 dekabr 2023-cü il tarixində 560 milyon 228 min manata çatıb.
İPOTEKA PORTFELİ KƏSKİN ARTIB
Ötən il "Expressbank"ın cəmi kredit portfeli 112 milyon 169 min manat və ya 37,8% artaraq 409 milyon 253 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 29 milyon 993 min manat artaraq 189 milyon 362 min manata, biznes kreditləri portfeli 17 milyon 548 min manat artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri portfeli 64 milyon 628 min manat artaraq (2,5 dəfə) 106 milyon 498 min manata yüksəlib.
Ötən il "Expressbank"da depozitlər 37 milyon 304 min manat artaraq 230 milyon 411 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 897 min manat artaraq 152 milyon 135 min manata, hüquqi şəxslərin depozitləri isə 36 milyon 406 min manat aratraq 78 milyon 276 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Expressbank" 127 milyon 825 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 126 milyon 544 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
3 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi





















