Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 1 faizə yaxın artıb
2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt·st, yəni 0,9% artaraq 29 276,6 mln. kVt·st olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, 12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 160,4 mln. kVt·st, SES-lərdə 1 757,2 mln. kVt·st, digər mənbələr üzrə isə 359,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 441,2 mln. kVt·st (İES-lərdə 24 794,2 mln. kVt·st, SES-lərdə 1 647,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt·st (İES-lərdə 325,03 mln. kVt·st, SES-lərdə 95,02 mln. kVt·st, Günəş ES-də 60,93 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 312,5 mln. kVt·st təşkil edib.
Ötən il ərzində elektrik enerjisinin ixracı 3 252,5 mln. kVt·st, idxalı isə 211,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 8 d. əvvəl
- 19 d. əvvəl
- 33 d. əvvəl
-
49 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
55 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış


























