Bakı şəhəri üzrə qəbiristanlıqlar üçün tələb olunan sahə açıqlanıb

Qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 m2 qəbul edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı Qeyd edilib ki, ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilmişdir.
Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.
2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
8 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
