"Qızılın qiyməti 2024-cü ildə bir unsiya üçün 2,5 min dolları keçə bilər"
Qızıla tələbin 2023-cü ildə başlayan artımı 2024-cü ildə də davam edəcək və qiymətli metalın qiyməti bir unsiya üçün 2,5 min dolları keçə bilər.
Marja.az xəbər verir ki, bunu Rusiyanın investisiya şirkətlərindən birinin strategiya direktoru Yaroslav Kabakov deyib.
"Qiymətli metalların qiymətləri tarixi zirvələrə yaxındır və hazırda qızıla investisiyalar cəlbedici görünür. ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ildə uçot dərəcəsini endirəcəyi gözləntiləri fonunda real faiz dərəcələrinin aşağı düşməsi qızılı dəstəkləyən ən güclü amillərdən biri olacaq",- Yaroslav Kabakov bildirib.
Analitik qeyd edib ki, 2023-cü ildə kotirovkalar ABŞ-da bank böhranı, geosiyasi gərginlik, tənəzzül qorxusu kimi hadisələrə həssas idi, lakin bu hadisələr artıq cari qiymətdə özünü göstərir. 2023-cü ilin dekabrında Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yenilədi; qiymətli metal bir unsiya üçün 2,1 min dollardan yuxarı ticarət edildi. Təhlilçi qeyd edib ki, mərkəzi banklar və zərgərlər 2023-cü ildə qızıla aktiv tələbat nümayiş etdiriblər, “və güman etmək olar ki, gələn il onlara birja investorları əlavə oluna bilər, onlar da bu aktivə artan maraq göstərəcəklər”.
"Mövcud vəziyyətə və bazar tendensiyalarının təhlilinə əsasən, qızıl qiymətlərinin tarixi maksimumu keçəcəyini və bir unsiya üçün 2,5 min dollar səviyyəsində daha yüksək səviyyələrə çatacağını gözləmək olar", - Kabakov əlavə edib. Bu halda qısamüddətli investisiyalar üçün qızıl fyuçersləri, uzunmüddətli investisiyalar baxımından isə qızıl hasilatı ilə məşğul olan şirkətlərinin səhmləri sərfəli ola bilər.
Daha əvvəl Ümumdünya Qızıl Şurası (WGC) öz hesabatında davam edən geosiyasi qeyri-müəyyənlik və qlobal mərkəzi bankların alışlarının artması səbəbindən qlobal qızıl tələbinin 2024-cü ildə dayanıqlı qalacağını bildirmişdi. WGC-nin məlumatına görə, 2023-cü ildə qlobal mərkəzi banklar qızıla tələbin artmasını təmin edərək, onun qiymətinin 10% və ya daha çox artmasına səbəb olub. "2024-cü ildə də mərkəzi banklar çox güman ki, qızılı aktiv şəkildə almağa davam edəcəklər", - WGC qeyd edib.
Hazırda qızılın unsiyasının qiyməti 2045 dollardır. Əgər 2024-cü ildə qızılın qiyməti 2500 dollara yülksələrsə, bu, 22%-dən çox bahalaşma demək olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
20 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 20 saat əvvəl
-
22 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
22 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı






























