Manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb
Mərkəzi Bank: "Pul siyasətinin yumşaldılmasına başlanılması həm də mövcud məzənnə rejimi çərçivəsində manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin yumşaldılmasına xidmət edir""Valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynamışdır. 2023-cü ilin ötən dövründə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 95%-də təklif tələbi üstələmişdir. Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq, milli valyuta öz sabitliyini qoruyub saxlamışdır. 11 ayda manatın nominal effektiv məzənnəsi 19.5 faiz bahalaşmışdır ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Qeyd edilib ki, ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi ilin sonuna illik inflyasiyanın hədəf intervalının aşağı hissəsində formalaşacağını proqnozlaşdırmağa əsas verir.
"2023-cü ildə Mərkəzi Bankın pul siyasətinə dair qərarları qlobal və ölkə iqtisadiyyatında gedən proseslər, yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri 8 dəfə müzakirə edilmişdir. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ilk 3 iclasında uçot dərəcəsinin 8.25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddinin 9.25%-dən 10%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.25%-dən 7.5%-ə qaldırılması ilə bağlı qərarlar qəbul edilmişdir. Faiz dərəcələrinin artırılmasında məqsəd xarici və daxili amillərdən təsirlənən məcmu tələbin izafi artımının məhdudlaşdırılması olmuşdur. Növbəti 3 iclasda faktiki və proqnozlaşdırılan inflyasiyanın azalması nəzərə alınmaqla pul siyasətinin sərtləşdirilməsində fasilə götürülmüşdür. Son 2 iclasda isə faiz dərəcələrinin azaldılmasına başlanmışdır. Hazırda faiz dəhlizinin yuxarı həddi 9%, uçot dərəcəsi 8%, faiz dəhlizinin aşağı həddi 6.5% təşkil edir. Pul siyasətinin yumşaldılmasına başlanılması həm də mövcud məzənnə rejimi çərçivəsində manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin yumşaldılmasına xidmət edir",- Bəyanatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























