Qabların istehsalı üzrə fabrik tikiləcək - MÜQAVİLƏ İMZALANDI
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Marja xəbər verir ki, Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin imzalanması mərasimi baş tutub.
AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.
"DO-DEM" MMC ilə “Multipak Ambalaj”şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı üzrə fabrik tikiləcək.
“Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.
Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin “yaşıl” enerji, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























