Zavodun tikintisinə oktyabrda başlanılıb, 2024-cü ilin mayında işə salınması nəzərdə tutulur
Ağdam sənaye parkında qeydiyyatdan keçən 25 rezidentin 10-dan çoxu tikinti-quraşdırma işlərinə başlayıb. 2024-cü il yaz aylarının sonuna bir sıra müəssisələrin açılışı gözlənilir. Onlardan biri də “Rail Trans Service” MMC tərəfindən inşa olunan Avtomatika və telemexanika istehsalı zavodudur.
Zavodun tikintisi üçün Ağdam Sənaye Parkı ərazisində 0,90 hektar torpaq sahəsi ayrılıb. Müəssisənin tikinti sahəsi 2738,9 kvadratmetrdir.
Layihə rəhbəri Seymur Qəhrəmanov bildirib ki, Avtomatika və telemexanika istehsalı zavodunun tikintisinə cari ilin oktyabr ayında başlanılıb. 2024-cü ilin may ayında inşaat işlərinin başa çatdırılaraq zavodun işə salınması nəzərdə tutulur. Zavodda dəmir yolu siqnal sahəsi üçün avadanlıqlar istehsal olunacaq. Müəssisədə 45 nəfərin işlə təmin olunması planlaşdırılır.
Qeyd edək ki, Ağdam Sənaye Parkına investorlar tərəfindən 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox sahibkarlıq subyekti tərəfindən aktiv tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işləri həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























