Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Mərkəzi Bank faizlərini yenidən aşağı saldı.
Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında press-relizi
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə,faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilmişdir.
Xatırladaq ki, 01 noyabr 2023-cü il tarixində də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilmişdi.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilmişdir.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalmışdır. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalmışdır.
İllik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalmışdır. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş vermişdir. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdır. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7% azalmışdır. Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynamışdır. Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalmış (noyabrda illik 2.5% azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1% artım) aşağı düşmüşdür. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərmişdir.
Tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələmişdir. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçmişdir.
Ötən iclasdan bəri pul siyasəti alətləri likvidliyin kənar amillərinin (avtonom amillər) monetar şəraitə təsirlərinin neytrallaşdırılması və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədilə tətbiq olunmuşdur. Həyata keçirilən tədbirlər eyni zamanda pul siyasətinin ötürücülüyünün gücləndirilməsinə xidmət etmişdir. Bu dövrdə banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya vermişdir. Dekabr ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.7% və 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 7.84% olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır.
Ortamüddətli dövrdə inflyasiyanın xarici amilləri arasında artırıcı və azaldıcı amillər mövcuddur. Geosiyasi gərginlik dünya bazarında qiymətlərin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlamışlar. Bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya templərinə artırıcı təsir göstərə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar iqlim dəyişiklikləri və aşağı məhsuldarlığın ortamüddətli dövrdə ərzaq qiymətlərinə artırıcı təsirlərini risk olaraq qeyd edirlər. Qlobal iqtisadi aktivliyin gözlənildiyindən daha aşağı olması və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər. Növbəti illərdə ticarət tərəfdaşlarında milli valyutaların uzuclaşmasının davam etməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə idxal inflyasiyasını azalda bilər.
İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcəkdir. Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaqdır.
Bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir.
Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
