Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Futbol oyunu ilə əlaqədar metronun iş qrafiki 1 saat uzadılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Futbol oyunu ilə əlaqədar metronun iş qrafiki 1 saat uzadılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı metropoliteni UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədar iş rejimində dəyişikliklər edəcək.

Bakı metropolitenin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişinlərin səmti rahatlıqla müəyyən etməsi, nizamlı hərəkətini təşkil etmək məqsədilə əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

“28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbriləri görüləcək.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq.

13.12.2023 11:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18