Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çexiya Azərbaycana minik avtomobillərinin ixracını 1,6 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çexiya Azərbaycana minik avtomobillərinin ixracını 1,6 dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çexiya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,9% - 750 ədədə qədər artırıb.

Bu barədə Çexiya Statistika İdarəsinə istinadən xəbər verilir.

Hesabat dövründə tədarükün dəyəri 65,6% - 15 milyon avroya qədər artıb.

Yanvar-oktyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan 492 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 23,9%) gətirilib. 10 ay ərzində tədarükün dəyəri 9,4 milyon avro (artım 32,1%) olub.

Çexiyadan Azərbaycana benzin və elektrik mühərrikli yeni hibrid avtomobillərin (qoşula bilən hibrid avtomobillər istisna olmaqla) ixracı 3,9 dəfə - 183 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 4 dəfə artaraq 4 milyon avro təşkil edib.

Yanvar-oktyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan benzin mühərrikli yeni nəqliyyat vasitələrinin idxalı 6 dəfə - 72 ədədə qədər, tədarükün dəyəri isə 6,4 dəfə - 1,5 milyon avroya qədər artıb.

© “İnterfaks-Azərbaycan” 

Çexiya Azərbaycan minik avtomobillər
12.12.2023 09:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18