"Kapital Bank"ın əmanət faizini 6-dan 9-a yüksəltməsinin səbəbləri açıqlandı

"Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov Bankın uzun müddət fasilədən sonra depozit faizlərini kəskin artırmasının səbəblərini açıqlayıb.
Fərid Hüseynov Marja.az-a bildirib ki, fiziki şəxslər üzrə, manatla depozit faizlərinin 6% - 6,5% səviyyələrindən 9%-ə yüksəldilməsi vəsait mənbələrinin diversifikasiyası (şaxələndirilməsi - red), aktivlərin daha da artırılması, depozit portfelində qeydə alınmış azalmanı aradan qaldırmaqdır:
"Depozit faizlərinin artırılmasında məqsəd vəsait mənbələrini diversifikasiya etməklə bankı böyütməkdir. Həmçinin, Mərkəzi Bankın da məlumatına görə, ölkə əhalisində kifayət nağd qədər vəsait var. Biz həmin vəsaiti də banka cəlb etməyi planlaşdırırq".
Fərid Hüseynov vurğulayıb ki, depozit faizlərinin artırılmasının kredit faizlərinin artmasına səbəb olacağını gözləmirlər.
Qeyd edək ki, "Kapital Bank"da fiziki şəxslərin depozitləri 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 64 milyon manat azalaraq 1 milyard 861 milyon manata gerilmişdir.
Marja.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini artırdığı bir dövrdə depozit faizlərini dəyişməyən "Kapital Bank"ın Mərkəzi Bankın uçot dərəcəsini azaltmağa başladığı bir vaxtda artırması diqqəti çəkir. Ehtimal olunur ki, "Kapital Bank"ın depozit faizlərini artırmsının əsas səbəbi Mərkəzi Bankın məcburi ehtiyat normalarını artırmasıdır. Məcburi ehtiyatlar - əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir. Bundan başqa,"Kapital Bank"ın depozitdə 6%-6,5% gəlir təklifləri ölkədə inflyasiyanın nisbətən yüksək və digər bankların depozit faizlərinin daha yuxarı olması şəraitində qeyri-rəqabətli idi.
Xəbər verdiyimiz kimi, Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə, USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb.
AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum 500 dollar olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir.
Bundan başqa "Birbank" mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə verilib. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
-
40 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
