“PAŞA Bank”ın təşkil etdiyi “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına start verildi
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkil etdiyi “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına start verilib.
Bnakın yaydığı məlumatda bildirilir ki, 6-7 dekabr tarixlərində "Hədəfi zirvə olanın fokusu bizdədir" devizi altında keçirilən və böyük marağa səbəb olan tədbir texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini Azərbaycan bazarında tətbiq etmək üçün geniş imkanlar yaradır.
Builki “Rəqəmsal Zirvələr” beynəlxalq konfransınıa bir çox aparıcı məhsul sahibləri, dizaynerlər, data və İT ekspertlər, beynəlxalq mütəxəssislər və 600-dan çox iştirakçı qatılıb. “DevOps”, “Product Hunt”, data və dizayn istiqamətlərini əhatə edən konfransda iştirak edən mütəxəssislər cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşır, həmçinin fikir mübadiləsi aparırlar. Tədbir çərçivəsində müxtəlif aktual mövzular üzrə panel diskussiyaları və sual-cavab sessiyaları keçirilir.
Bu ilin “Rəqəmsal Zirvələr” konfransında öz çıxışı ilə “Google”, “Mastercard Canada”, “Monzo”, “Shift” və bu kimi digər texnoloji nəhəng korporasiyaların, rəqəmsal bankların və platformaların təmsilçiləri spiker qismində çıxış edirlər.
Konfrans hibrid formatda keçirilir və tədbiri canlı olaraq “YouTube” sosial şəbəkəsi üzərindən izləmək mümkündür:
Rəqəmsal Zirvələr 2023 | DevOps
Rəqəmsal Zirvələr 2023 | Dizayn
Rəqəmsal Zirvələr 2023 | Product Hunt
Qeyd edək ki, “Rəqəmsal Zirvələr” beynəlxalq konfransı “PAŞA Bank” tərəfindən 2021-ci ildən etibarən keçirilir. Bank maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 50 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























