"Azərbaycan İnnovasiya habı olmağa qərar verib"
"Azərbaycan İKT məhsullarının idxalı, istehsal hablarının, autsorsinq (outsourcing) haqblarının, biznes hablarının yaradılması və innovasiya habı olmaq variantlarını nəzərdən keçirib".
Marja.az xəbər verir ki, bunu “InMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib ki, bu variantları bir-bir araşdırılıb: "Belə bir qənaətə gəldik ki, İKT məhsullarının idxal edilməsi ölkədə innovasiyanın inkişafına töhfə vermir. Böyük əhalisi olan ölkələr İKT məhsullarının təchizatçılarına, autsorsinq hablarına çevrilməkdədirlər. Buna misal olaraq Ukrayna və Pakistanı göstərmək olar. Coğrafi vəziyyəti uyğun olan ölkələr isə biznes hablarına çevrilməyə cəhdedirlər.
Azərbaycanın əhalisi kifayət qədər böyük sayda deyil, coğrafi yerləşməsi bu baxımdan o qədər də strateji deyil. Bizə qalan yeganə seçim innovasiya habıdır. Bunun üçün böyük enerji, investisiyalar və təhsil tələb olunur. İnnovasiya habı olmağımıza qərar verməyimizin əsas səbəblərindən biri iqtisadiyyata çox böyük dayər qata bilməsi potensialıdır".
Rəşad Nəbiyev əlavə edib ki, Azərbaycanın hüquqi bazası beynəlxalq investisiyaları qəbul etmək üçün hazırlanmalıdır.: Beynəlxaq ekspertləri də ölkəmizə cəlb etməliyik ki, innovasiya habını yarada bilək".
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb























