Sahil Babayev ipoteka krediti ilə mənzil alanlara ev verilməməsinə münasibət bildirib
"Bu tələb qanundan çıxarılsa, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə, digərlərinə 2-ci və ya 3-cü evlər verilə bilər"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev veriəməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür:
"Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətinda olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri,əlillər nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onula nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























