Bankların faiz xərclərində böyük artım - depozitlər üzrə faiz xərcləri 112 milyon manatdan çox artıb
Azərbaycan bankları 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) 479,9 milyon manat depozitlər üzrə faizlər ödəyiblər. Bu, 2022-ci ilin 12 ayı ərzində ödənilmiş 459 milyon manatlıq depozitlər üzrə faizlərdən belə yüksəkdir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
2022-ci ilin 10 ayı ərzində banklar tərəfindən 367,6 milyon manat depozitlər üzrə faizlər ödənilmişdi. Beləliklə, bankların depozitlər üzrə faiz xərcləri 2023-cü ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 112,3 milyon manat və ya 30,5% artıb.
O cümlədən, bankların müddətli depozitlər üzrə faiz xərcləri 2022-ci ilin 10 ayı ərzində 339,8 milyon manat ikən, 2023-cü ilin 10 ayında 401,4 milyon manat təşkil edib (61,6 milyon manat artıb).
Həmçinin bankların maliyyə sektorundan cəlb edilmiş vəsaitlər üzrə faiz xərcləri 2022-ci ilin 10 ayı ərzində 99,3 milyon manat ikən, 2023-cü ilin 10 ayında 124,4 milyon manat təşkil edib (25,1 milyon manat artıb).
Bankların digər faiz xərcləri isə 76,6 milyon manatdan 61,8 milyon manata yüksəlib (11,8 milyon manat azalıb).
Bankların cəmi faiz xərcləri 2023-cü ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 149,2 milyon manat və ya 28,7% artaraq 677,9 milyon manata çatıb. 2022-ci ilin 10 ayı ərzində bankların cəmi faiz xərcləri 528,7 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, bu il Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi əvvəlki illə müqayisədə yüksək olub. Uçot dərəcəsinin artması bankların depozit faizlərinin yüksəlməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























