Oktyabrda bankların kredit portfeli 178 milyon manata yaxın artıb
2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə bankların kredit portfeli 0.8% və ya 177.8 milyon manat artaraq 22 milyard 459.7 milyon manata çatıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Kredit portfelinin 54.5%-ni və ya 12 milyard 246.4 milyon manatını biznes kreditləri, 30.1%-ni və ya 6 milyard 751.3 milyon manatını istehlak kreditləri və 15.4%-ni və ya 3 milyard 462 milyon manat ipoteka kreditləri təşkil edib. Ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 milyon manat (+1.4%) və 71.2 milyon manat (+1.1%) artmış, ipoteka kreditləri isə 61.1 milyon manat azalmışdır. İpoteka portfelinin azalması bağlanmış "Muğanbank"la bağlı olmuşdur. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülüb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























