Rabitəbank yeni konseptli Səbail filialının açılışını etdi
"Rahat bankçılıq" şüarına sadiq qalan Rabitəbank müştərilərinə daha yaxın və əlçatan olmaq, eləcə də daha keyfiyyətli xidmət göstərmək üçün filiallarını yeni konsepsiyaya uyğunlaşdırmaqdadır.
Bankın yaydığı məlumatda bildirilir ki, bank ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni konseptli Səbail filialının yeni ünvanda açılışını etdi. Səbail filialı artıq Nəsimi rayonu, Alı Mustafayev 1D (3-cü mikrorayon dairəsi) ünvanında yerləşir.
Yenilənmiş Səbail filialında fiziki və hüquqi şəxslərə, həmçinin sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək. Müştərilər bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, həmçinin individual yanaşma ilə özlərini rahat ofis şəraitində hiss edə biləcəklər. Filialda, hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif ediləcək. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlana biləcəklər.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























