Bakıda bir sıra dönərxanalar bağlandı - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Marja AQTA-ya istinadən xəbər verir ki, dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.
Monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar həyata keçirilib. Belə ki, 2023-cü ilin 20 noyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 345A ünvanında fəaliyyət göstərən “Mersin Öz Tantuni” dönər evində, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında fəaliyyət göstərən “Ordubad” kafesində, Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən “Alaturka” dönərxanasında, Nərimanov rayonu, A.Nemətulla küçəsi 73 ünvanında fəaliyyət göstərən “By Mersin Öz Tantuni” dönərxanasında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə ünvanında fəaliyyət göstərən “Tam Dad” dönərxanasında, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 33 ünvanında fəaliyyət göstərən "İstanbul Dönər" ictimai iaşə obyektində, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında fəaliyyət göstərən "Öz Tantuni" ictimai iaşə obyektində, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev küçəsi 20A ünvanında fəaliyyət göstərən "Adana Dönər", Nəsimi rayonu, S.Vurğun küçəsi 58, m. 22A ünvanında fəaliyyət göstərən "Tantuni" ictimai iaşə obyektlərində plandankənar yoxlamalar həyata keçirilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















