Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Manat avroya, funt-sterlinqinə, franka və lariyə qarşı ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manat avroya, funt-sterlinqinə, franka və lariyə qarşı ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Qazaxıstan tengəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funt-sterlinqinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.

Marja xəbər verir ki, bu,  Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

Qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.

Ümumilikdə, ilin əvvəlindən manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 19.3%, real effektiv məzənnəsi isə 7.5% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir. 

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış etmişdir.

22.11.2023 11:34

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18