PAŞA Bank “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forum”unda iştirak edib
(®) 15-16 noyabrda Azərbaycan paytaxtı “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forum”una ev sahibliyi edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə təşkil edilmiş tədbirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi olmuşdur. Forumda Avropa və MDB ölkələrindən dəvət edilmiş ekspertlər, beynəlxalq və regional maliyyə təşkilatlarının, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.
Bu ilki forum çərçivəsində DİM-lərin icrası istiqamətində maliyyə mexanizmlərinin nəzərdən keçirilməsi, xarici investisiyaların cəlbi, “yaşıl” inkişaf, rəqəmsallaşma və digər mövzularda panel müzakirələr və sessiyalar keçirilmişdir.
«Rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatlar” müzakirə panelinə ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”in idarə heyətinin sədr müavini Bəhruz Nağıyev spiker qismində qatılıb.
O, Bankın rəqəmsal transformasiyaya ilk addımlarını atan maliyyə qurumlarından biri olmasını vurğulayaraq, əldə etdiyi təcrübə və nailiyyətlər barədə ətraflı məlumat verib. B. Nağıyev “PAŞA Bank”ın Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılması prosesinin dəstəklənməsi və ölkədə “fintech” seqmenti ilə əməkdaşlıq və onlara verdiyi töhfə, ölkənin maliyyə ekosisteminin gücləndirilməsinə və iqtisadiyyatının rəqabətqabiliyətliyinə göstərdiyi dəstək haqqında fikirlərini forum iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, “PAŞA Bank” məsuliyyətli korporativ vətəndaş olaraq 2023-cü ilin may ayından etibarən “BMT-nin Qlobal Sazişi”nin üzvüdür. “BMT-nin Qlobal Sazişi” bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. “BMT-nin Qlobal Sazişi” dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























