Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tesla Hindistanda zavodunu quracaq - 2 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla Hindistanda zavodunu quracaq - 2 MİLYARD DOLLARLIQ İNVESTİSİYA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tesla 2 milyard dollarlıq zavodun qurulması üçün Hindistanla razılaşmaya yaxındır.

Marja xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb

Zavodun iki il ərzində tikilməsi nəzərdə tutulur.

Məlumata görə, razılaşmanın yanvarda keçiriləcək Vibrant Gujarat Qlobal Sammitində elan edilməsi planlaşdırılır.

Xəbərdə mənbələrdən biri, Hindistanın baş naziri Narendra Modinin doğulduğu yer olan Qucarat, Maharaştra və Tamil Nadu əyalətlərinin elektriklə işləyən avtomobillər və ixracat üçün yaxşı qurulmuş ekosistemlərə malik olduqları üçün qiymətləndirildiyini bildirib.

Xəbərə görə, Tesla ölkədəki zavodsərmayəsi üçün minimum 2 milyard dollar investisiya yatırmağı planlaşdırarkən, ölkədən avtomobil hissələri alışını 15 milyard dollara qədər artıra biləcək.

Mənbələrdən biri də ABŞ-ın avtomobil istehsalçısının xərcləri azaltmaq üçün Hindistanda akkumulyatorlar istehsal etməyə çalışacağını da bildirib.

Bloomberg-ə danışan mənbələr sövdələşmə ilə bağlı yekun qərarın verilmədiyini və planların dəyişə biləcəyini də deyiblər. Teslanın rəhbəri Elon Musk iyun ayında Tesla-nın Hindistana "əhəmiyyətli sərmayə qoymağı" planlaşdırdığını və 2024-cü ildə ölkəyə səfər etməyi düşündüyünü söyləmişdi.

Modi hökuməti bir müddətdir ki, elektrik avtomobillərinin yerli istehsalını təşviq etmək üçün siyasətlər hazırlayır.

21.11.2023 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18