Azərbaycan Rusiyaya ərzaqlıq yumurta ixrac edəcək
Azərbaycan yaxın günlərdə Rusiyaya ərzaqlıq yumurta ixracına başlayacaq. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
“Yaxın günlərdə Azərbaycan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixracına başlayacaq. Bununla bağlı müvafiq razılaşma əldə olunub”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Təhməzlinin sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyi nəzarəti sistemi sənaye quşçuluğu səviyyəsində beynəlxalq standartlara uyğundur.
Rusiya ilə fitosanitar sahədə əməkdaşlığa toxunan AQTA sədri qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə Azərbaycanda bitki xəstəlikləri ilə bağlı təcili bildirişlər kifayət qədər az daxil olub.
“Bu, ölkəmizin ərazisində bitki sağlamlığının daha da mütəşəkkil təşkil olunmasından xəbər verir. Bundan başqa, bir sıra bitkiçilik məhsulları var ki, onların Rusiya Federasiyasına ixracı zamanı artıq sadələşdirilmiş ixrac metodlarından istifadə olunacaq”, - deyə o bildirib.
Təhməzli əlavə edib ki, AQTA “Rosselxoznadzor”la sağlam istehsal müəssisələri və şirkətlərin siyahısının hazırlanması ilə bağlı razılıq əldə edib. “Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana həmin sağlamlıq statusu almış müəssisələrdən məhsulların idxalı və ixracının çox çevik və asan şəkildə həyata keçirilməsinə imkan verəcək”, - deyə AQTA sədri vurğulayıb.
Qeyd edək ki, Rusiyada quş əti və yumurta bahalaşıb. Ölkədə qiymət artımının dayandırılması üçün idxalın artırılması tapşırılıb. Ətin qiymətinin yüksək olması ilə alıcılar daha münasib protein mənbəyini - yumurtanı seçirlər. Buna görə də bu məhsulun istehlakı artıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















