Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarına əlavə reyslər təyin edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarına əlavə reyslər təyin edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnuniyyətinin təmin edilməsi və xidmət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mütəmadi çalışır. Qərb bölgəsinə artan sərnişin tələbatı nəzərə alınaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə cari ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edilib.

Marja.az ki, “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir ki 17 noyabr tarixindən etibarən hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.

Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.

Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Bakı–Ağstafa–Bakı
15.11.2023 13:02

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar