"2018-2023-cü illərdə ABB 2 milyard manat vergidən əvvəl mənfəət əldə edib"
"ABB-də sağlamlaşma dövründən sonra, yəni 2018-ci ildən etibarən əldə etdiyimiz uğurları ifadə edəcək rəqəmlər çoxdur. Bankın dayanıqlı inkişafını təmin edən kredit portfeli oktyabr ayının sonuna 1,90 milyard manatdan 4,86 milyard manata, yəni 2,5 dəfə artıb".
Marja.az xəbər verir ki, bunu müsahibəsində "ABB" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Bankın sədri əlavə edib ki, ABB-nin müştəri sayı 1,4 milyondan 2,3 milyona yüksəlib:
"İşçilərimizin orta yaşı 40 yaşdan 35 yaşa enib. 2023-cü ilin nəticələrini də nəzərə almaqla, 2018-2023-cü illər ərzində ABB 2 milyard manat vergidən əvvəl mənfəət əldə edib. Mənfəət vergisi, səhmdarlara ödənilən dividentlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib".
Abbas İbrahimov "İndi 2 milyona yaxın rəqəmsal müştərimiz var" deyərək müsahibəsinə belə davam edib: "700 000-ə yaxın aktiv rəqəmsal müştərimiz hər ay müntəzəm olaraq ABB mobile-da, ən azı, 1 əməliyyat aparır. Hər gün yenilənən ABB mobile platformamızla müştərilərimizin yalnız bank xidmətləri ehtiyaclarını yox, bütün maliyyə xidmətlərinə olan ehtiyaclarını qarşılamağa çalışırıq".
Abbas İbrahimov qeyd edib ki. hazırda ABB-nin korporativ müştəriləri əməliyyatların 96%-dən çox hissəsini məhz rəqəmsal kanallarla aparırlar.
Həmçinin oxu
“ABB yeni strateji dövrə daxil olub” - MÜSAHİBƏMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























