Azərbaycan Polşa və Şimali Makedoniya ilə aqrar sahəya dair birgə işçi qrupu yaradacaq
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub.
Səfərdə məqsəd ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək, aqrar sahənin müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək olub.
Nazir Məcnun Məmmədov ilk öncə Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycanla Polşa bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mövcud potensialı düzgün dəyərləndirməklə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq mümkündür. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda səmərəli müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə görüşüb. Tərəflər ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında aqrar sahəya dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
Nümayəndə heyəti səfər çərçivəsində Polşa və Şimali Makedoniyanın aparıcı kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd təsərrüfatı tullantılarının azaldılması, su və torpaq resurslarından səmərəli istifadə, innovativ ekoloji həllər, tətbiq olunan uğurlu təcrübələr barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 3 d. əvvəl
-
- 5 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
































