Moody's ABŞ-ın reytinq proqnozunu aşağı salıb
Beynəlxalq kredit reytinq agentliyi Moody's ABŞ-ın maliyyə gücünün aşağı yönlü riskləri səbəbindən kredit reytinqinin proqnozunu mənfiyə endirib.Moody's ABŞ-ın kredit reytinqinin proqnozunu "sabit"dən "mənfi"yə (neqativə) endirib.
Marja.az xəbər verir ki, ABŞ-n kredit reytinqi isə ən yüksək səviyyə olan AAA-da saxlanılıb.
Açıqlamada, proqnozun "neqativ"ə çevrilməsinin əsas səbəbinin ABŞ-ın maliyyə gücünə aşağı yönlü risklərin artması olduğu bildirilib.
Açıqlamada vurğulanıb ki, yüksək faiz dərəcələri şəraitində dövlət xərclərini azaltmaq və ya gəlirləri artırmaq üçün effektiv fiskal siyasət tədbirləri görülməsə, ABŞ-ın fiskal kəsirləri böyük olaraq qalacaq və bu, borcların ödənilməsi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək.
Qeyd olunub ki, ABŞ Konqresində davam edən siyasi qütbləşmə, bir-birinin ardınca gələn hökumətlərin borcun ödənilməsi qabiliyyətinin azalmasına səbəb olacaq maliyyə planı üzərində razılığa gələ bilməyəcəyi riskini artırır.
Açıqlamada, ABŞ-ın kredit reytinqinin "AAA" olaraq təsdiqlənməsinin Moody's-in ABŞ-ın kredit gücünü qorumağa davam etdiyinə dair fikirlərini əks etdirdiyi, ABŞ-ın isə "fövqəladə" iqtisadi gücünü qoruyub saxlamasının gözlənildiyi bildirilib.
Avqust ayında Fitch ölkənin maliyyə vəziyyəti və növbəti 3 ildə borc yükü ilə bağlı narahatlıqlarına görə ölkənin kredit reytinqini AAA-dan AA+-a endirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























