Türkiyədə CHP-nin sədri dəyişdi
CHP-də Kemal Kılıçdaroğlu dövrü başa çatdı.Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayı keçirilib. Qurultayda CHP sədri vəzifəsinə seçki də keçirilib.
Marja xəbər verir ki, Kemal Kılıçdaroğlu və Özgür Özel birinci turda mütləq səs çoxluğu əldə edə bilmədiklərindən seçki ikinci tura keçib. İkinci turda Özgür Özel Kamal Kılıçdaroğlunu geridə qoyaraq CHP-nin 8-ci sədri olub.
Özel sədr olaraq ilk çıxışında Kılıçdaroğluna təşəkkür edərək, "1366 nümayəndəmizin mənə səs verməsini qəbul edirəm" deyib.
HƏMAS-ın teror təşkilatı olduğunu dedi, CHP-nin sədri seçildi
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilən Özgür Özel çıxışında Həmasın terror təşkilatı olduğunu dedikdən sonra ikinci turda Kemal Kılıçdaroğlunu məğlub edərək sədr seçilib.
Kılıçdaroğlu isə çıxışında Həmas-İsrail münaqişəsinə toxunmayıb.
CHP-nin 38-ci növbədənkənar qurultayında namizəd kimi çıxış edən Özgür Özel çıxışı zamanı deyib: “Terror təşkilatı olan Həmas-ın gecə yarısı atdığı raketlərlə törətdiyi qətliam İsrail tərəfindən dövlət terroruna çevrildi. Biz CHP olaraq İsrailin dövlət terroruna qarşıyıq".
Həmas ilə bağlı sözlərindən sonra Özgür Özelin CHP sədri seçilməsi, Türkiyədə "CHP Qərb tərəfindən idarə olunur" müzakirələri böyüyüb.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























