“PAŞA Bank” “Best Private Bank 2024” mükafatına layiq görülüb
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” növbəti beynəlxalq nailiyyətə imza atıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank “Global Finance" nəşrinin keçirdiyi “World’s Best Private Banks” müsabiqəsində "Best Private Bank in Azerbaijan 2024" nominasiyasında qalib gəlib.
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlərdə təmsil olunan bankların fəaliyyəti "Global Finance" nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə, beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim olunur.
“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, bu nüfuzlu mükafat Bankın Azərbaycanda özəl bankçılıq seqmentinin inkişafı istiqamətində atdığı addımların doğruluğunun və bu sahədə əldə edilmiş müvəffəqiyyətlərin beynəlxalq ekspert cəmiyyəti tərəfindən növbəti bir təsdiqidir.
“2010-cu ildən etibarən “PAŞA Bank” bu seqmentdə beynəlxalq təcrübəni tətbiq edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Hesab edirəm ki, bu beynəlxalq mükafatın alınmasını yalnız “PAŞA Bank”ın deyil, müştərilərimizin də uğuru olaraq qiymətləndirə bilərik. Fürsətdən istifadə edib, "Best Private Bank in Azerbaijan 2024" mükafatının alınması münasibətilə müştərilərimizi və tərəfdaşlarımızı Bankın kollektivi və öz adımdan təbrik edirəm”, - deyə, C. Quliyev vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə “PASHA Private Banking” Azərbaycanda ilk dəfə olaraq yeni Sərvətin idarəolunması məhsulunu təqdim edib. Belə ki, bu məhsul sayəsində “PASHA Private Banking”in peşəkar mütəxəssisləri zəngin təcrübələri əsasında müştərilərin istək və tələbləri dərin təhlil edilir və sərvətinin artırılması üçün xüsusi uzunmüddətli strategiyalar hazırlanır. Əlavə olaraq, müştəri məmnuniyyəti və rahatlığının artırılması üçün bu il müştərilərə yeni “Rəqəmsal filial” xidməti təklif olunub. Artıq müştərilər dünyanın istənilən nöqtəsindən “PASHA Private Banking”də təqdim olunan məhsul və xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər.
Zəngin məhsul çeşidi ilə yanaşı, “PASHA Private Banking” müştərilərə spesifik maliyyə vəziyyətini, risklərə dayanıqlılığını və uzunmüddətli hədəflərini müəyyən etməklə, məsləhət xidmətlərini təqdim edir. Eyni zamanda “PASHA Private Banking” müştərilərin məqsədlərinə uyğun olan qeyri-maddi sahələrdə, xüsusilə nüfuzlu xarici universitetlərdə təhsil üzrə öz dəstəyini göstərir. Belə ki, biliklərə və təcrübəyə əsaslanaraq, “PASHA Private Banking” mütəxəssisləri Bankın tərəfdaş şəbəkəsi daxilində beynəlxalq universitetlərdə təhsil imkanlarının təhlilində və qabaqcıl təhsil ocaqlarına qəbul prosesində məsləhət xidmətlərini təqdim edirlər. “PASHA Private Banking”də təqdim olunan bütün məhsul və xidmətləri ilə tanış olmaq üçün bu linkə keçid edin.
Xatırladaq ki, ötən illərdə də “PAŞA Bank” özəl bankçılıq sahəsində qazandığı uğurları ilə beynəlxalq işgüzar nəşrlər tərəfindən mükafatlandırmışdır. Belə ki, 2018-ci ildə Bank “Global Finance”, 2015 ildə isə “World Finance” nəşri tərəfindən “Best Private Bank” adına layiq görülmüşdür. Həmçinin “PAŞA Bank”ın törəmə bankı “PAŞA Bank Georgia” 2014-cü ildə “World Finance” nəşri tərəfindən eyni mükafata layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
5 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
5 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
13 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb


















.jpg)





