Azərbaycanda girov qoyulan daşınmaz əmlakın sayında böyük artım
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 61 min 393 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 min 46 ədəd və ya 19,6% çoxdur.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar.
Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin 9 ayı ərzində 35 min 248 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 61 min 393 əmlakdan isə 11 min 921-i torpaq sahəsinin, 8 min 768-ü isə fərdi yaşayış evinin payına düşür.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri | Müqavilə sayı | Ümumi göstəricidə payı (faizlə) |
Mənzil | 35.248 | 57,4% |
Torpaq sahəsi | 11.921 | 19,4% |
Fərdi yaşayış evi | 8.768 | 14.3% |
Qeyri-yaşayış sahəsi | 2.059 | 3,4% |
Qeyri-yaşayış binası | 1.700 | 2,8% |
Bağ evi | 1.129 | 1,8% |
Digər | 568 | 0,9% |
Ümumi | 61.393 | 100,0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
Bu ilin 9 ayı ərzində paytaxtda ümumilikdə 32.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8.427 müqavilə), 2 saylı Sumqayıt (3.318 müqavilə), 5 saylı Xaçmaz (3.000 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (2.722 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələrinin siyahısı
Sıra № | Ərazi idarələri | İpoteka müqaviləsinin ümumi sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 32.484 | 51,4% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 8.427 | 14,% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 3.318 | 5,3% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 3.000 | 5,2% |
5. | 3 saylı Gəncə Ərazi İdarəsi | 2.722 | 4,5% |
6. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 1.407 | 2,8% |
7. | 17 saylı Yevlax Ərazi İdarəsi | 1.173 | 2,0% |
8. | 13 saylı Şirvan Ərazi İdarəsi | 1.144 | 1,9% |
9. | 7 saylı Bərdə Ərazi İdarəsi | 1.136 | 1,8% |
10. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 919 | 1,7% |
11. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 870 | 1,4% |
12. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 861 | 1.4% |
13. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 808 | 1,4% |
14. | 12 saylı Şəki Ərazi İdarəsi | 778 | 1,2% |
15. | 15 saylı Tovuz Ərazi İdarəsi | 710 | 1,2% |
16. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 623 | 1,0% |
17. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 508 | 0,9% |
18. | 16 saylı Ucar Ərazi İdarəsi | 505 | 0,9% |
Ölkə üzrə | 61.393 | 100,0%
| |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93,4%-i bu 3 ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (13 müqavilə), 14 saylı Şamaxı (21 müqavilə) və 11 saylı Şəmkir (24 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı
Sıra № | Ərazi idarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 25.398 | 72,1% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 5.339 | 15,1% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 2.174 | 6,2% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 1.086 | 3,1% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 416 | 1,2% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 255 | 0,7% |
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 2.479 | 28,3% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1.484 | 16,9% |
3. | 3 saylı Gəncə Ərazi İdarəsi | 773 | 8,8% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 479 | 5,5% |
5. | 7 saylı Bərdə Ərazi İdarəsi | 426 | 4,9% |
6. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 347 | 4,0% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (166 müqavilə) və 8 saylı Cəlilabad (176 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı
Sıra № | Ərazi idarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 2.308 | 19,4% |
2. | 1 saylı Bakı Ərazi İdarəsi | 1.396 | 11,7% |
3. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1.297 | 10,9% |
4. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 1.144 | 9,6% |
5. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 670 | 5,6% |
6. | 3 saylı Gəncə Ərazi İdarəsi | 612 | 5,1%
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












