Azərbaycandan tez xarab olan yüklərin daşınması Türkiyə şirkətinə həvalə oluna bilər - BAKIDA GÖRÜŞ
Kənd təsərrüfatı məhsullarının xarici bazarlara daşınmasında təcrübəli şirkətlərlə əməkdaşlıq imkanları müzakirə olunur
Kənd Təsərrüfatı Nazirliyində aqrar məhsulların hava nəqiyyatı ilə daşınması sahəsində ixtisaslaşmış şirkətin nümayəndələri ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının hava nəqiyyatı ilə daşınması sahəsində ixtisaslaşmış “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazirliyin məsul şəxsləri, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış assosiasiyaların rəhbərləri, aparıcı aqrar şirkətlərin nümayəndələri, “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin Şərqi Avropa, Gürcüstan və Azərbaycan üzrə məsul şəxsləri iştirak ediblər.
Görüşdə çıxış edən iştirakçlar bildiriblər ki, ölkəmizdə xarici bazarlara kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ildən-ilə artır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları artıq ənənəvi xarici bazarlarla yanaşı, yeni bazarlara məhsul ixracına başlayıblar. Bu prosesin genişləndirilməsi məhsul istehsalı ilə yanaşı, logistika işinin də düzgün qurulmasını tələb edir. Bu baxımdan istehsalçılar xüsusilə də tez xarab olan yaş meyvələrin daşınması üzrə ixtisaslaşmış xarici şirkətlərlə əməkdaşlığa maraq göstərirlər. “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyəti bu sahədə böyük təcrübəyə malik şirkət kimi Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara qısa müddətdə təhlükəsiz daşınmasına köməklik göstərə bilər.
“THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin Şərqi Avropa üzrə Karqo direktoru Çağkan Torunlar kənd təsərrüfatı məhsullarının hava nəqliyyatı vasitəsilə ixracına dair ətraflı təqdimat keçirib. Şirkətin tez xarab olan və yüksək dəyərə malik hava ilə yüklərin daşınması sahəsində 30 ildən çox təcrübəyə malik olduğunu deyən Çağkan Torunlar tərəvəz, meyvə, ət, balıq və yumurtanın xarici bazarlara daşınmasının mexanizmləri və tələb olunan standartlar barədə məlumat verib. O bildirib ki, işlək mexanizm əsasında məhsullar soyuq təchizat zəncirinin bütün mərhələlərinə əməl edilməklə dünyanın bir çox ölkəsinə ixrac edilir. Daşıma əməliyyatları yüksək texnologiyalı SMARTİST obyektində, İATA PCR-a (tez xarab olan yük direktivi) uyğun olaraq həyata keçirilir.
Daha sonra Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri asosiasiyaların fəaliyyəti və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində mövcud vəziyyətə dair təqdimatlar edilblər.
Görüşdə tez xarab olan kənd təsrrüfatı məhsullarının hava yolu ilə daşınmasında Türkiyənin uğurlu təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
