Bu il Azərbaycandakı mehmanxanaların tutumunun 80%-ə yaxını istifadəsiz qalıb
2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 faiz səviyyəsində olmuşdur. Başq sözlə, mehmanxanaların birdəfəlik tutumunun 79,2%-i istifadəsiz qalıb.2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatlar açıqlanıb.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 2 milyon 610,9 min olmuşdur. Gecələmələrin ümumi sayının 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi Şəkidə, 0,5 faizi Mingəçevirdə, 0,5 faizi Şuşada və 4,7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1 milyon 395,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn, 0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 faizi Bakıda, 4,4 faizi Qəbələdə, 3,8 faizi Qubada, 3,5 faizi Qusarda, 3,5 faizi Naftalanda, 0,5 faizi Şabranda, 2,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1 milyon 215,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.
2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artaraq 369,8 milyon manat olmuşdur ki, onun da 60,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 faiz səviyyəsində olmuşdur (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 faiz). Bu göstərici Naftalanda 53,8 faiz, Şabranda 52,9 faiz, Qubada 32,3 faiz, Bakıda 29,6 faiz, Beyləqanda 27,3 faiz, Lənkəranda 26,6 faiz, Bərdədə 23,0 faiz, Ağcabədidə 21,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb























.jpg)



