"Sizin Lombard"ın 13% gəlir təklif edən istiqrazları ticarətə buraxılır - TARİX
23 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ("Sizin Lombard" ticarət markası) ümumi dəyəri 1,3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Marja.az Birjaya istinadən xəbər verir ki, 25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1300 ədəd, hər birinin nominal dəyəri 1,000 manat, tədavül müddəti 5 il, İllik faiz dərəcəsi 13%, Kupon faizlərinin ödəniş müddəti, hər ayda (1 ay -30 gün) bir dəfədir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, 10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il, hər birinin nominal dəyəri 1000 manat olan AZ2013020287 dövlət qeydiyyat nömrəli, 425 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 399 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 399 min manat təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.
Ümumilikdə, "GL" ASC (Sizin Lombard) istiqrazlarını yerləşdirməklə 3 milyon 25 min manat cəlb etməyi planlaşdırır. İstiqrazların Baza Emissiya Prospektinə görə, faizli, təminatsız və sənədsiz istiqrazların hər birinin nominal dəyəri 1000 manat, sayı 3025 ədəd, tədavül müddəti 5 ildir. İstiqrazların 1-ci buraxılışı üzrə illik gəlirlilik dərəcəsi 14%, 2-ci buraxılışı üzrə 13%, 3-6-cı buraxılışları üzrə 12% təşkil edir. Bütün buraxılışlarda faizlər investorlara 30 gündən bir ödəniləcəkdir. "GL" ASC müddəti bitməmiş istiqrazları geri almağı nəzərdə tutmur.
İstiqrazların 1-ci buraxılışı ilə 700 min manat, 2-ci buraxılışı ilə 1 milyon 300 min manat, 3-cü buraxılışı ilə 425 min manat (artıq yerləşdirilib), 4-cü buraxılışı ilə 200 min manat, 5-ci buraxılışı ilə 200 min manat, 6-cı buraxılışı ilə də 200 min manat cəlb edilməsi nəzərdə tutulub.
İstiqraz buraxılışı yolu ilə vəsaitin cəlb edilməsində məqsəd şirkətin fəaliyyətinin genişləndirilməsidir. "Sizin Lombard" filiallarının sayının artırılması, lombard kreditlərinə tələbin artması "GL" ASC-ni əlavə vəsait cəlb etməyə vadar edir.
"GL" ASC sürətlə böyüyən kredit şirkətidir. Belə ki, "GL" ASC-nin xalis mənfəəti 2020-ci ildə 1 milyon 15 min manat ikən, 2021-ci ildə 2 milyon 833 min manata, 2022-ci ildə isə 3 milyon 13 min manata yüksəlib. Eyni dövrdə şirkətin kredit portfeli 23 milyon 89 min manatdan 34 milyon 304 min manata qalxıb. Ötən ilin sonunda "GL" ASC-nin cəmi aktivləri 40 milyon 603 min manata çatıb.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
"GL" ASC daşınar əşyaların (əsasən qızılın) girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsi (lombard) fəaliyyətilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
14 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























