"Proqnozlara görə, sel-daşqın hadisələrinin sayı 80 faiz artacaq"
Alimlərin proqnozuna görə, bütün ölkələrdə, eyni zamanda Avropa ölkələrində sel-daşqın hadisələrinin sayı 80 faiz artacaq.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, təbii fəlakətlər sərhəd tanımır. Belə hadisələr bütün dünyada istər inkişaf etmiş, istər inkişafda olan, istər cənubda, istərsə də şimalda yerləşən ölkələrdə eyni intensivliklə və yaratdığı eyni fəsadlarla müşahidə olunur. Aralıq dənizi ölkələri bu ilin yay fəslində şiddətli yağıntılarla üzləşdilər, daşqınlar baş verdi. Alimlərin proqnozuna görə bütün ölkələrdə, eyni zamanda, Avropa ölkələrində sel-daşqın hadisələrinin sayı 80 faiz artacaq”, - deyə U.Tağıyeva qeyd edib.
Xatırladaq ki, Azərbaycan ərazisində 2023-cü ilin yay fəslində lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















