Çin iqtisadiyyatı 5,2 faiz artıb
Çinin ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin 9 ayı ərzində illik müqayisədə 5,2% artıb.
Bu barədə Marja.az Çin hökumətinin statistika bürosuna istinadən xəbər verir.
"İlkin məlumatlara görə, 2023-cü ilin üç rübü ərzində (yanvar-sentyabr) Çinin ÜDM-i 91,302 trilyon yuan (12,5 trilyon ABŞ dolları) təşkil edib ki, bu da illik 5,2% artım tempidir", - büronun hesabatında deyilir.
Rəsmi proqnoza görə, Çinin ÜDM artımı 2023-cü ildə təxminən 5% olacaq. Eyni zamanda, ekspertlər ölkənin iqtisadi inkişafı ilə bağlı daha nikbindirlər. Belə ki, Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun Dünya İqtisadiyyatı Mərkəzinin keçmiş direktoru Çen Fenqinq bildirib ki, ÇXR iqtisadiyyatının artım tempi 6% də ola bilər. Onun sözlərinə görə, hökumət çox böyük rəqəm vermək istəməyib, lakin proqnozda 5% göstərib, çünki keçən ildən proqnozlaşdırılan rəqəmlərə nail olmaq mümkün olmayıb.
Çinin ÜDM-i çoxsaylı yerli koronavirus infeksiyası və qeyri-sabit beynəlxalq vəziyyət fonunda 2022-ci ildə 2021-ci illə müqayisədə 3% artıb ki, bu da rəsmi proqnozdan (5,5%) aşağı olub. Ötən il ÜDM 121,02 trilyon yuan (17,95 trilyon dollar) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
21 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 25 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)







.jpg)








