"Mənzillərin qısa müddət üçün kirayəyə verilməsi tənzimlənməlidir"
Dünyada mənzillərin qısa müddət üçün kirayəyə verilməsi məsələsi qanunvericiliklə tənzimlənməlidir.
Bunu Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) vitse-prezidenti Riin Alatalu Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş panel iclasında bildirib.
"Bu məsələ bəzi şəhərlərdə tənzimlənir, bəzilərində isə heç nəzərə alınmır. Bu halda yerli icmalar özlərini öz binalarında təhlükəsiz hiss etmirlər. Bir binada 10 mənzildən 8-i kirayəyə verilsə də, binanın sakinləri bura gələn insanlarla bağlı məlumatlı olmurlar. Təhlükəsizlik məsələsi əsas vəzifələrdən biridir", - deyə o qeyd edib.
Bundan başqa, R.Alatalu deyib ki, qədim şəhərlərdə kirayə qiymətləri yüksəkdir: "Qədim şəhərlərdə az insan yaşayır. Belə şəhərlərdə mağaza və digər obyektlərin istifadəsi ilə tədqiqat aparmışıq. Qədim şəhərlərdə gecə klubları açılan zaman yerli icmalar nəzərə alınmalıdır. Yerli insanların təhlükəsizliyini və əmin-əmanlığını qorumalıyıq".
Xatırladaq ki, bu gün Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və s. mövzularda müzakirələr aparılır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























