Oyuncaqların təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, dövlət standartı 8 (səkkiz) yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir.
Standard, həmçinin bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
- 6 d. əvvəl
- 16 d. əvvəl
-
23 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
55 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək



















