Azərbaycanın bu fondunda 57,5 milyard manat pul var
Bu ilin altı ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fond) vəsaiti ilin əvvəlinə nisbətən 1 milyard 643,9 milyon ABŞ dolları (büdcədənkənar gəlirlər 1 milyard 288,8 milyon ABŞ dolları daxil olmaqla) və ya 4,96 faizə qədər artaraq 34 milyard 790,9 milyon ABŞ dolları təşkil edib.
"Marja" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ilin yanvar-iyun aylarında icra edilmiş büdcəsinin təhlilində bildirilir.
2017-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 6 milyard 127,2 milyon manat və yaxud 3 milyard 504,7 milyon ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 milyard 370,6 milyon manat) 73,2 faiz səviyyəsində yerinə yetirilib.
Fondun xərcləri isə 5 milyard 533,8 milyon manat və ya 3 milyard 149,6 milyon ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 milyard 483,9 milyon manat) 38,2 faiz səviyyəsində icra edilib.
Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 milyard 288,8 milyon ABŞ dolları təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə fondun büdcədənkənar xərcləri olmayıb.
2017-ci ilin ilk yarımilliyində fondun investisiya portfelinin gəlirliyi 1,12 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.
Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.
Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2 faiz icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 ABŞ dolları həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53,0 ABŞ dolları təşkil etməsi olub.
Ümumilikdə isə manat ifadəsilə fondun vəsaitləri bu il iyulun 1-nə 57 milyard 474,2 milyon manat təşkil edib.
Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2 faiz icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7 milyard 500milyon manat) 32,7 faiz az icra edilməsi ilə (2 milyard 448,3 milyon manat) əlaqələndirmək olar.
Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6 milyard 100 milyon manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2 milyard 991 milyon manat və ya 49,1 faiz səviyyəsində icra edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
6 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
6 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
7 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























