Rusiyanın ehtiyatları azalıb, Türkiyənin artıb
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 700 milyon dollar azalıb.Sentyabrın 15-dən 22-nə kimi olan həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 700 milyon dollar azalaraq 576 milyard dollara düşüb.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir.
"Beynəlxalq ehtiyatların həcmi sentyabrın 22-nə Rusiya Mərkəzi Bankının xarici valyuta satışı üzrə əməliyyatları nəticəsində bir həftə ərzində 0,7 milyard dollar və ya 0,1% azalaraq 576 milyard dollar təşkil edib", - hesabatda deyilir.
Bir həftə əvvəl Rusiya Mərkəzi Bankı bildirmişdi ki, sentyabrın 15-nə ölkənin ehtiyatları 100 milyon dollar artaraq 576,7 milyard təşkil edib.
TCMB ehtiyatları son 6 ayın ən yüksək səviyyəsindədir
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında artım tempi ötən həftə də davam edib.
TCMB məlumatlarına görə, 22 sentyabr həftəsində ümumi ehtiyatlar əvvəlki həftə ilə müqayisədə 4 milyard dollar artaraq 125,5 milyard dollara çatıb. Beləliklə, martın 17-dən etibarən ehtiyatlarda ən yüksək səviyyə qeydə alınıb.
Martın 17-si həftəsində Səudiyyə Ərəbistanından cəlb edilən depozitlər və qızılın bahalaşması ehtiyatlara təsir göstərmiş və 126,9 milyard dollara yüksəlmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























